23 İyun 2026
Dünya futbolu

“Borussiya” – “Mançester Yunayted” matçında beş qol – VİDEO

“Borussiya” yoldaşlıq görüşündə “Mançester Yunayted”i 3:2 hesabı ilə məğlub edib.

İdmanxeber.az-ın məlumatına görə, Almaniya təmsilçisinin heyətində qolları Donyell Malen (2) və Yussuf Mukoko vurub. “Qırmızı şeytanlar”da isə Dioqo Dalot və Antoni adlarını tabloya yazdırıblar. 

Yarımmüdafiəçi Marsel Sabitser “Borussiya”da debüt edib. O, əsas heyətdə meydana çıxıb və məhsuldar ötürmə verib.

Növbəti matçda “Borussiya” avqustun 3-də “Çelsi” ilə, 5-də isə “Mançester Yunayted” “Lans”la üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43