“Səbail”ə qarşı bir qol, bir assistlə oynadım. Bu çıxışımı gözləyirdim. Meydana fərqlənməq üçün çıxıram. Assist edəndə də əlavə motivasiya olur. Ən önəmlisi matçı qazanmağımızdır”.
Bu sözləri idmanxeber.az saytına “Sumqayıt”ın hücumçusu Kamran Quliyev “Səbail” üzərində qələbədən (4:1) danışarkən deyib. O, daha sonra belə davam edib:
“İlk oyundan sonra qarşıdakı hədəflərdən danışmaq çox tezdir. Hər oyun bizim üçün önəmlidir. Ümid edirəm ki, ötən mövsümdən daha yaxşı çıxış edərik. Bacardığımız qədər yüksək pillələr üçün mübarizə aparacağıq. Bu mövsüm azarkeşləri sevindirmək istəyirik. Bizə inansınlar və səbrli olsunlar. Hər şeyin yaxşı olacağını düşünürük. Açığı, “Sumqayıt”dan başqa klublardan da təkliflər var idi. Menecerimlə danışıb, buranı özümü üçün daha uyğun gördüm. Bu mövsüm fərqli komanda olmaq niyyətindədik”.
23 yaşlı futbolçu qarşıdakı turda “Sabah” oyunundan danışıb. O, nəticəyə inandıqlarını bildirib:
“Heç bir rəqibdən çəkinmirik. “Sabah”ın ilk turda 5 qol vurması bizi qorxutmur. Gəlsinlər Sumqayıta, oynayaq. Sonra nəticə barədə danışa bilərik. Hesabı əvvəlcədən deyə bilmərəm. Oynamadan qələbə və ya məğlubiyyət barədə danışmaq çətindir”.
Həsən Quluzadə

