“Atletiko” və Alvaro Morata müqaviləni uzatmaq barədə razılığa gəlib.
İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı forvard Dieqo Simeone və rəhbərliklə danışdıqdan sonra bu qərarı verib. Yeni sözləşmə 2027-ci ilə qədər davam edəcək.
Morata son mövsüm “Atletiko”nun heyətində 45 oyuna çıxıb və 15 qol vurub.

