19 Yanvar 2025
Ölkə futbolu

Avropa Liqası: “Qarabağ” qruplara qaldı – YENİLƏNİB

“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda pley-off mərhələsinin cavab matçında Sloveniya “Olimpiya”sını qəbul edub. İlk matçda səfərdə rəqibini 2:0 hesabı ilə məğlub edən təmsilçimiz evdəki qarşılaşmada Sloveniya klubu ilə 1:1 heç-heçə edib.

Bununla da “köhlən atlar” iki oyunun nəticəsinə görə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Matçı ispaniyalı FIFA referisi Alexandro Ernandes idarə edib.

UEFA Avropa Liqası

20:00. “Qarabağ” – “Olimpiya” (Sloveniya) (ilk oyun 2:0) – 1:1

Qol: Toral Bayramov, 24 (1:0),

Baş hakim: Alexandro Ernandes (İspaniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43