22 İyul 2026
Dünya futbolu

Ronaldodan tarixi rekord – 1000 məğlubiyyətsiz oyun

“Əl-Nəsr”ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo futbol tarixində mindən çox məğlubiyyətsiz oyun keçirən ilk futbolçu olub.

İdmanxeber.az-ın məlumatına görə, Asiya Çempionlar Liqasında “Persepolis”lə qarşılaşma (2:0) 38 yaşlı forvardın karyerasında 1000-ci məğlubiyyətsiz matçı olub. Bundan sonra futbolçu komandasına Səudiyyə Ərəbistanı çempionatında “Əl-Əhli”ni məğlub etməkdə (4:3) köməklik edib.

Ümumilikdə Ronaldonun hesabında 777 qələbə, 224 heç-heçə və 182 məğlubiyyət var. 1001 məğlubiyyətsiz oyunun 21-i “Sportinq”də, 284-ü “Mançester Yunayted”də, 386-sı “Real”da, 114-ü “Yuventus”da, 27-si “Əl Nəsr”də, 168-si isə Portuqaliya millisində qeydə alınıb.

 

.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43