23 İyul 2026
Ölkə futbolu

AFFA-da məşqçilər üçün kurs

AFFA-nın inzibati binasında qadın məşqçilər üçün UEFA-nın A kateqoriyalı məşqçi kursunun V modulu keçirilib.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bir gün ərzində təşkil olunan seminarda 3 mövzu ətrafında məlumat verilib.

Qapıçılar üzrə məşqçilər – Fiaq Əzizov, Amil Ağacanov və Elşad Poladov, tibb üzrə AFFA-nın baş həkimi Vyaçeslav Xomenko və oyun qaydaları üzrə sabiq FIFA referi köməkçisi Orxan Məmmədov kurs iştirakçılarına seminar keçiblər.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43