24 İyul 2026
Ölkə futbolu

Bölgə klubuna texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsi II Liqada çıxış edən “Cəbrayıl” komandasına 0:3 hesablı texniki məğlubiyyət verib.

İdmanxeber.az xəbər verir ki, buna adı protokolda qeyd edilməmiş futbolçu Nurlan Quliyevin “Şahdağ Qusar”a qarşı IV tur oyununda meydana çıxması səbəb olub.

“Cəbrayıl” klubu isə 400 manat məbləğində cərimələnib.

Qeyd edək ki, görüş qolsuz bərabərliklə başa çatmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43