20 İyun 2026
Ölkə futbolu

“Lunyov “Qarabağ”da bütün görüşlərini qüsursuz keçirib”

Rusiya millisinin qapıçılar üzrə məşqçisi Vitali Kafanov Andrey Lunyovun “Qarabağ”dakı oyunu haqda fikirlərini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, mütəxəssis təcrübəli qapıçının Ağdam təmsilçisindəki çıxışını müsbət dəyərləndirib:

“Andrey “Qarabağ”a gəldi və bir neçə çempionat matçında yaxşı çıxış etdi. İlk matçı heç-heçə oynadılar. Bu, kluba giriş idi. Azlıqda oynadıqları növbəti matçda Lunyov komandasına xal qazandırdı. Andrey bütün görüşləri qüsursuz keçirdi və qələbələrdə mühüm rol oynadı. Biz ona zəng etmək istədikdən əvvəl 10 gün məşq etməmişdi. Təəssüf ki, zədə baş verdi. “Bayer”lə oyun şübhə altında idi. Biz xaricdə oynayan hər kəsə baxırıq”.

Lunyov bu mövsüm “Qarabağ”ın heyətində 9 oyunda iştirak edib, 9 qol buraxıb və 5 dəfə qapısını toxunulmaz saxlayıb.

Noyabrın 7-də 31 yaşlı qolkiper Rusiya millisinə dəvət olunan futbolçular arasında olub. Lakin “Qarabağ”ın qapıçısı Avropa Liqasında “Bayer”lə oyunda (0:1) zədələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43