“Mançester Yunayted”in skautları ötən həftəsonu keçirilən “Benfika” – “Sportinq” (2:1) görüşünü izləyib.
İdmanxeber.az-ın məlumatına görə, “mankunianlar” 19 yaşlı Joao Nevesi stadiondan təqib edib
Neves bu mövsüm “Benfika”nın əsas komandasında 18 oyuna 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Transfermarkt portalına görə oyunçunun dəyəri 20 milyon avrodur.

