İsveç yığmasının futbolçusu Viktor Lindelöf Azərbaycan millisinə qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı danışıb.
İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı müdafiəçi səfər görüşündə 3 xal əldə etməyə çalışacaqlarını söyləyib:
:Azərbaycan millisinə qarşı uğurlu çıxış edib, onlara çətin anlar yaşatmaq istəyirik.Təəssüf ki, final mərhələsinə çıxmaq şansımız yoxdur. Buna baxmayaraq, sabahkı oyuna eyni mentalitetlə çıxacağıq. Əvvəlki matçlarda olduğu kimi, bu dəfə də qələbə qazanmaq istəyəcəyik”.
Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək Azərbaycan – İsveç görüşü saat 21:00-da başlayacaq. F qrupunda yer alan millimiz 6 oyundan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb. Hesabında 7 xal olan İsveç isə üçüncüdür.

