Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-nın seçmə mərhələsində Uruqvaya qarşı keçirdikləri oyun (0:2) barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu komandanın toparlanmağa ehtiyacı olduğunu bildirib:
“Hansı komanda ilə qarşılaşdığımızı bilirdik, oynamaq bizim üçün çətin idi. İntensiv oynayırlar, fiziki cəhətdən güclü və sürətli oyunçuları var. Özümüzü rahat hiss etmirdik. Biz ayağa qalxmalı və Braziliyada yaxşı futbol oynamalıyıq”.
Uruqvay 10 xal toplayıb və turnir cədvəlində 2-ci pilləyə yüksəlib. Argentinalılar isə 12 xalla liderdir.

