20 İyun 2026
Ölkə futbolu

Emin Mahmudov: “Bu oyun həmişə yadımda qalacaq”

Millimizin kapitanı Emin Mahmudov Bakıda İsveç yığmasına 3:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələsinin oyunundan sonra jurnalistlərə açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu azarkeşləri sevindirdikləri üçün çox xoşbəxt olduqlarını bildirib:

“Bu oyun həmişə yadımda qalacaq. Onlar da bizdən yaxşı oyun və qələbə gözləyirdi. Bu gün vuruşduq və istədiyimiz nəticəni qazandıq”.

Yarımmüdafiəçi sonuncu turda bazar günü Belçikaya qarşı keçirəcəkləri matça da toxunub: “Bu, yüksək səviyyəli rəqibdir. Yaxşı oyunçuları var. Yenə də əlimizdən gələni edəcəyik. Belə komandalara qarşı bəxtimiz də olmalıdır”.

Yığmada 13-cü qoluna imza ataraq Qurban Qurbanova (14 qol) yaxınlaşan Mahmudov əsas məqsədinin komandaya xeyir vermək olduğunu vurğulayıb: “Qollar vurduğum üçün də sevinirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43