“Sabah” FK-nın İçərişəhərdə yeni azarkeş mağazası fəaliyyətə başlayıb.
İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mağazada azarkeşlər kluba aid müxtəlif geyim və aksessuarları ala bilərlər.
Mağaza Asəf Zeynallı 65-də (Qız qalasının yanı) yerləşir.

