29 Oktyabr 2024
Ölkə futbolu

“Neftçi” bu gün yeni transferini açıqlaya bilər

“Neftçi” heyətini daha bir futbolçu ilə gücləndirməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə klubun media üzrə koordinatoru Rüstəm Əfsərli hazırda davam edən mətbuat konfransı zaman bildirib. O, futbolçunun bu gün tibbi baxışdan keçəcəyini sözlərinə əlavə edib.

Əfsərli yeni transferin adını deməsə də, onun mövqeyini açıqlayıb. Yeni futbolçunun mövqeyi sol cinah müdafiəçisi olacaq.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43