21 Noyabr 2024
Dünya futbolu

Nə “Qalatasaray”lı, nə “Ayntraxt”lı… “Qarabağ”ın futbolçusu ən yaxşısını bacarıb

UEFA Avropa Liqasının 4-cü turunun ən yaxşı qolu müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, ən yaxşı adına “Qarabağ”ın futbolçusu Toral Bayramovun “Bodo Qlimt”ə vurduğu layiq görülüb. UEFA-nın saytında keçirilən sorğuda azarkeşlərin daha çoxu məhz Toralın qoluna səs verib.

Namizədlər arasında Toralla yanaşı “Qalatasaray”dan Yunus Akgün, “Ayntraxt”dan Omar Marmuş və “Ludoqorets”dən Erik Markusun qolları da var idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43