04 Dekabr 2024
Ölkə futbolu

UEFA “Qarabağ”ı cərimələdi

UEFA “Qarabağ” klubunu 26000 avro cərimələyib.

İdmanxeber.az-ın məlumatına görə, buna Azərbaycan çempionunun Bakıda “Ayaks”a (Niderland) qarşı keçirdiyi UEFA Avropa Liqası matçında yaşananlar səbəb olub.

“Köhlən atlar” “komandanın düzgün olmayan davranışı”na (3 qırmızı, 5 sarı vərəqə) görə 14000 avro ödəyəcək.

Ağdam təmsilçisi sözügedən oyunda lazerdən istifadə olduğu üçün isə 12000 avro cərimələnib.

UEFA Avropa Liqasında Liqa mərhələsinin III turunun qarşılaşması qonaqların qələbəsi ilə yekunlaşıb – 3:0. “Qarabağ”ın heyətində Julio Romao ilə məşqçi Çudomir Çakarov birbaşa qırmızı vərəqə alıblar, Elvin Cəfərquliyev ikinci sarı vərəqədən sonra meydandan qovulub. Bundan əlavə, digər futbolçular – Abbas Hüseynov, Yassin Benzia, Kevin Medina, Marko Yankoviç və baş məşqçi Qurban Qurbanov sarı vərəqə ilə cəzalandırılıblar. (Report)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43