10 Yanvar 2025
Kateqoriyasız

Azərbaycanda çempionatında hakim futbolçunu cəzalandırdı, daha sonra ona hücum çəkdi – VİDEO

Ötən gün Əvəzedicilər liqasında 16-cı turun “Kəpəz-2” – “Zirə-2” matçında xoşagəlməz hadisə baş verib.

İdmanxeber.az-ın məlumatına görə, Gəncə şəhər stadionunun ehtiyat meydançasında keçirilən və “sarı-göylər”in qələbəsi ilə yekunlaşan (2:1) qarşılaşmanın bitimindən dərhal sonra qonaq komandanın futbolçuları ilə oyunun baş hakimi Əli Əliyev arasında gərginlik yaşanıb. 

Qarşılaşma ərzində hakim “Zirə”nin qapısına 2 dəfə penalti təyin edib. Məhz meydan sahibləri penaltidən vurduğu qollarla qələbəni qazanan tərəf olub.

Matçın final fitindən sonra isə öz etirazını bildirən qonaq komandanın üzvlərinin bu addımı 4-cü hakim Russlan Quliyevin xoşuna gəlməyib. Oyunun bitimindən dərhal sonra paltardəyişmə otağına yollanmaq istəyən Əli Əliyevi yanına çağıran Quliyev ona əli ilə “qartallar”ın üzvü Ramin Abdullayevi işarə edib. Bundan sonra Əliyev həmin futbolçunu qırmızı vərəqə ilə cəzalandırıb. Qəsəbə klubunun futbolçusunu cəzalandırmaqla kifayətlənməyən hakim onun üzərinə hücum çəkmək istəsə də,  ətrafdakıların müdaxiləsindən sonra ara sakitləşdirilib.

Qeyd edək ki, oyunun protokolunda futbolçunun hakimi təhqir etdiyi qeyd olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43