11 Yanvar 2025
Dünya futbolu

“Mançester Yunayted”din yanvarda göndərmək istədiyi futbolçular

“Mançester Yunayted” qışda iki futbolçu ilə yolları ayıra bilər.

İdmanxeber.az-ın məlumatına görə, söhbət Kristian Eriksen və Antonidən gedir. “Qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim sözügedən futbolçuların çıxışından narazıdı. Bu baxımdan da onları gələcək planlarında görmür.

İngiltərə mətbuatında yazılan xəbərlərə inansaq, yanvarda hər iki futbolçu komandadan ayrıla bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43