Bir müddətdi Türkiyə mətbuatında “Neftçi”nin baş məşqçi postu üçün bir neçə mütəxəssisin adı çəklir. İlk olaraq Abdullah Avcının adı ön plana çıxarıldı. Qardaş ölkə mətbuatı yazırdı ki, “ağ-qaralar” Avcı ilə danışıq aparır.
Bu iddianın ardından bu gün daha bir mütəxəssisin adı “Nefçti” ilə hallanıb. Söhbət Fatih Terimdən gedir. “Akşam” nəşri “ağ-qaralar”ın təcrübəli çalışdırıcı ilə görüşdüyünü bildirib.
Yazılanlara aydınlıq gətrimək üçün paytaxt təmsilçisinin Media üzrə koordinatoru Rüstəm Əfsərli ilə əlaqə saxladıq. O, İdmanxeber.az saytına iddialarla bağlı qısa və konkret açıqlama verdi:
“Bunlar hamısı boş söhbətdi. Yazılanlar tamamilə boş şaiyələrdir”.
Həsən Quluzadə