07 Fevral 2025
Ölkə futbolu

AFFA-dan vacib qərar – Hava şəraitinə görə…

AFFA aşağı yaş qrupları arasında keçirilən liqaları təxirə salıb.

İdmanxeber.az-a verilən məlumata görə, bu həftə Bakı zonası üzrə keçiriləcək U-14, U-13, U-12, U-11, U-10 liqaları baş tutmayacaq. Yarışlar hava şəraiti ilə əlaqədar təxirə salınıb. Bu haqda artıq azyaşlıların valideynlərinə məlumat verilib.

Təxirə gedən turun görüşlərinin nə zaman baş tutacağı daha sonra açıqlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43