05 İyun 2026
Dünya futbolu

Yamal Çempionlar Liqasında rekorda imza atdı

“Barselona”nın futbolçusu Lamin Yamal “Bourrusiya”ya (Dortmund) qarşı keçirilən oyunda (4:0) yeni uğura imza atıb.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı futbolçu Çempionlar Liqasında 18 yaşına çatmamış 20 matç  keçirən ilk futbolçu olub. Bununla da o, turnirdə rekorda imza atıb.

Yamal bu mövsüm “Barselona”da bütün turnirlərdə 43 matçda iştirak edib, 14 qol vurub və 20 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43