“Nürnberq” klubu millimizin üzvü Mahir Emreli ilə müqavilə uzatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, klubun idman direktoru Joti Chatzialexiou bu barədə açıqlama verib. O, 27 yaşlı hücumçu ilə müqavilənin uzadılması üçün danışıqlar aparıldığını bildirib.
Qeyd edək ki, Emrelinin “Nürnberq”lə müqaviləsinin müddəti bu yay başa çatır. Futbolçu bu mövsüm 2-ci bundesliqada 19 oyuna 4 qol vurub, 1 qolun ötürməsini edib.

