11 İyun 2026
Dünya futbolu

“Liverpul”un hücumçusu komandada qalmır

“Liverpul”un futbolçusu Darvin Nunes yayda komandanı tərk edəcək.

İdmanxeber.az-ın məlumatına görə, uruqvalı hücumçu komandada qalmaq istəmir. Yanvar ayında Nunes Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan təklif almışdı. Yayda tərəflər arasında yenidən danışıqlar start götürəcək.

Darvin “Liverpul”a 2022-ci ildə “Benfika”dan 75 milyon +25 milyon avroya keçib. Cari Premyer Liqa mövsümündə o, 25 oyuna çıxıb və 5 qol vurub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43