26 İyun 2026
Ölkə futbolu

Region Liqasının finalında VAR sisitemi olacaq

AFFA Region Liqasında III yer uğrunda oyunun və final görüşünün hakim təyinatları açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, mayın 22-də “Göyəzən” və “Ağstafa Gəncləri” bürünc medal, “Şirvan”la “Xankəndi” isə qızıl medal uğrunda matçda qarşılaşacaqlar. Hər iki oyun Qəbələ şəhər stadionunda keçiriləcək.
Final görüşünün baş hakimi Cavid Cəlilov olacaq. Qarşılşamada VAR sistemindən də istifadə olunacaq. 
22 may
III yer uğrunda oyun
“Göyəzən” – “Ağstafa Gəncləri”
Qəbələ şəhər stadionu. Saat 14:00
Hakimlər: Emin Əliyev, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev
Hakim-inspektor: Rəhim Həsənov 
Final
“Şirvan” – “Xankəndi”
Qəbələ şəhər stadionu. Saat 17:00
Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Rəhim Həsənov 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43