“Nyukasl”ın və Braziliya millisinin yarımmüdafiəçisi Bruno Gimarayeş karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun xidmətində “Əl-İttihad” klubu maraqlıdır. Səudiyyə Ərəbistanı təmsilçisi Gimarayeşi transfer etmək üçün 120 milyon avro ödəməyə hazırdır.
27 yaşlı oyunçu cari mövsümdə “Nyukasl”ın heyətində 46 oyuna çıxıb, 5 qol vurub və 8 məhsuldar ötürmə edib.

