23 İyul 2026
Dünya futbolu

“Liverpul” “Barselona”dan 80 milyon tələb edir

“Liverpul”un futbolçusu Luiz Diaz karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə,  kolumbiyalı futbolçuya “Barselona” təklif göndərib. Diaz üçün “Liverpul” rəhbərliyi Kataloniya klubundan 80 milyon avro tələb edir.

28 yaşlı futbolçunun dəyəri “transfermarkt” portalına görə 85 milyon avrodur.

Qeyd edək ki, Luiz bu mövsüm 49 matçda rəqib qapılarından 17 top keçirib.

Fərid Nəsibov 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43