11 İyun 2026
Ölkə futbolu

“Araz-Naxçıvan” daha bir oyunçusu ilə müqavilənin müddətini uzatdı

“Araz-Naxçıvan” klubu qapıçısı Tərlan Əhmədli ilə müqavilənin müddətini uzadıb.

İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı qolkiper daha 1 il “Araz-Naxçıvan”ın formasını geyinəcək. O, 2024/2025 mövsümündə də “qırmızı-ağlar”ın heyətində yer alıb.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro və qapıçı Kristian Avramla da yeni müqavilə imzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43