22 İyul 2026
Ölkə futbolu

SON DƏQİQƏ! “Turan Tovuz”da təcili iclas – Berdiyev hesabat verəcək!

Avrokuboklara vəsiqə qazana bilməyən “Turan Tovuz”da təcili iclas keçiriləcək.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, sabah rəhbərlik baş məşqçi Kurban Berdiyevlə görüşəcək. Komandanın ötən mövsümkü nəticələri masaya yatırılacaq. 

Mövsüm ərzində bölgə təmsilçisi üçün hər şəraiti yaradan klub rəhbərliyi avrokuboklara qatıla bilməməyin hesabıtını Berdiyevdən tələb edəcək. İdarə Heyətinin sədri Ehtiram Quliyevin baş məşqçini dinlədikdən sonra onun aqibətiylə bağlı yekun qərarını verməsi gözlənilir.

Məhz bu iclasdan sonra təcrübəli mütəxəssis postundan göndərilə bilər.

Həsən Quluzadə 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43