02 İyul 2026
Ölkə futbolu

“Neftçi” yeni transferini rəsmən açıqladı

“Neftçi” yeni mövsüm üçün ilk futbolçu transferini rəsmiləşdirib.

İdmanxeber.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Benin millisinin dayaq yarımmüdafiəçisi Sessi D Almeyda “ağ-qaralar”a keçib. 29 yaşlı oyunçu ilə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Fransanın Bordo şəhərində anadan olan Sessi D Almeyda eyniadlı klubun yetirməsidir. O, Fransa, İngiltərə, Portuqaliya liqalarında çıxış edib.

Son mövsümü Kiprin “Apollon” (Limassol) komandasında keçirən yarımmüdafiəçi 34 matçda meydana çıxıb. Futbolçu bir qola imza atdığı Benin millisi ilə bu il dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək Mərakeşdə keçiriləcək Afrika Millətlər Kubokuna vəsiqə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43