02 İyul 2026
Ölkə futbolu

Millimiz Latviyaya yollandı

Yoldaşlıq görüşü çərçivəsində Latviya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunun keçiriləcəyi Riqa şəhərinə yola düşüb.

İdmanxeber.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, millimizi səfərə aparan təyyarə saat 13:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib.

Komanda iyunun 6-da Bakı vaxtı ilə saat 19:30-da matçın keçiriləcəyi “Skonto” stadionunda son məşqinə çıxacaq. 

Qeyd edək ki, iyunun 7-də keçiriləcək Latviya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43