13 İyun 2026
Ölkə futbolu

Millimizin oyununda gərginlik – Əhmədovun idarəçiliyi monteneqroluları narazı saldı

Azərbaycan millisinin 21 yaşadək futbolçuları yoldaşlıq görüşündə Monteneqrodan olan həmyaşıdları ilə üz-üzə gəlib.

İdmanxeber.az-ın məlumatına görə, Sumqayıtda keçirilən və qolsuz başa çatan (0:0) görüşdən sonra xoşagəlməz hadisə yaşanıb. Belə ki, monteneqrolu futbolçular qarşılaşmanın baş hakimi Rəşad Əhmədovun final fitindən sonra onun idarəçiliyindən narazı qaldıqlarını ifadə ediblər. Bu zaman millimizin üzvləri ilə monteneqrolu futbolçular arasında gərginlik yaşanıb.

Hər iki komandanın məşqçilər heyətinin müdaxiləsindən sonra futbolçular arasındakı davanın qarşısı alınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43