21 İyul 2026
Ölkə futbolu

SON DƏQİQƏ! “Şamaxı” nigeriyalı hücumçu ilə anlaşdı – ÖZƏL

“Şamaxı” klubu növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi Abdullahi Şuaybu ilə anlaşıb. 23 yaşlı hücumçu ilə danışıqlar müsbət nəticələnib.

Nigeriyalı hücumçu ilə yaxın günlərdə müqavilə imzalanacaq.

Qeyd edək ki, Şuaybu ötəm mövsümü “Qəbələ”də keçirib. O, “qırmızı-qaralar”da 26 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə verib.

Futbolçu bir dönəm “Kəpəz”də də çıxış etmişdi.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43