11 İyun 2026
Ölkə futbolu

Araz Abdullayev “Karvan”da nə qədər qazanacaq?

“Karvan”ın heyətini millimizin sabiq üzvü Araz Abdullayevlə gücləndirdiyini xəbər vermişdik. Bölgə klubu artıq keçidi rəsmən açıqlayıb.

Təcrübəli yarımmüdafiəçi ilə bir illik müqavilə bağlanıb.

Abdullayevin Yevlax təmsilçisində qazancı da bəlli olub. O, “Karvan”da aylıq 2000 manat maaş alacaq. Təcrübəli oyunçu Premyer Liqada oynamaq üçün aşağı məbləğli əmək haqqıya razı olub.

Xatırladaq ki, futbolçu ötən mövsüm I Liqa klubu “Qaradağ Lökbatan”da çıxış edib.

İdmanxeber.az

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43