23 İyun 2026
Kateqoriyasız

“Qarabağ”dan ayrılan futbolçu “Sumqayıt”da

“Qarabağ”dan ayrılan Rüstəm Əhmədzadənin yeni klubu müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan millisinin üzvü “Sumqayıt”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı hücumçu ilə imzalanan müqavilənin müddəti barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, Rüstəm Əhmədzadə son 3 mövsümü icarə əsasında “Zirə”də keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43