23 İyun 2026
Dünya futbolu

“Beşiktaş”da ayrılıq

“Beşiktaş” iki futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu portuqaliyalı yarımmüdafiəçi Gedson Fernandesin transferi üçün Moskvanın “Spartak” klubu ilə razılığa gəlib.

Bundan əlavə, “Spartak” qazaxıstanlı futbolçu Bəxtiyor Zaynutdinovun da transferi ilə bağlı “Beşiktaş”la ortaq məxrəcə gəlib. Hər iki transfer yaxın günlərdə rəsmiləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43