23 İyun 2026
Dünya futbolu

“Beşiktaş” türkiyəli oyunçu ilə anlaşdı

“Beşiktaş” “Benfika”nın daha bir futbolçusunu  heyətinə qatmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, söhbət Kerem Aktürkoğludan gedir. İstanbul təmsilçisi artıq oyunçu ilə anlaşıb. Hazırda klublar arasında danışıqlar davam edir.

Portuqaliya təmsilçisi Türkiyə millisinin üzvü üçün 25 milyon avro tələb edir. “Beşiktaş” isə bu məbləği hissə-hissə ödəmək niyyətindədir.

Xatırladaq ki, “qara qartal” daha öncə “Beşiktaş”dan Orkun Kökçünü heyətini qatıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43