Serbiyalı yarımmüdafiəçi Duşan Tadiçin yeni klubu müəyyənləşib.
İdmanxeber.az xəbər verir ki, “Fənərbaxça”dan ayrılan təcrübəli futbolçu karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.
36 yaşlı oyunçu “Əl-Vahda” klubu ilə 1 illik müqavilə imzalayıb. Bu barədə BƏƏ təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Tadiç 2023-cü ilin yayında “Fənərbaxça”ya keçmişdi. O, ötən mövsüm İstanbul klubunun heyətində 53 rəsmi oyuna çıxaraq 13 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

