13 İyun 2026
Dünya futbolu

Braziliyalı qapıçı “Fənərbağça”da – Rəsmi

“Fənərbağça” qapıçı xəttini gücləndirib.

İdmanxeber.az xəbər verir ki, İstanbul klubu “Mançester Siti”nin qolkiperi Edersonu heyətinə qatıb. Braziliya millisinin üzvü üçün 11 milyon avro təzminat ödənilib.

32 yaşlı qapıçı ilə 3+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ederson 2017-ci ildə “Benfika”dan “Mançester Siti”yə transfer olunmuşdu. O, cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində 3 oyunda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43