22 İyul 2026
Dünya futbolu

“Komo” Dele Alli ilə yollarını ayırdı

“Komo” Dele Alli ilə yollarını ayırıb.

İdmanxeber.az xəbər verir ki, klubun rəsmi açıqlamasında tərəflərin müqaviləni vaxtından əvvəl ləğv etdiyi bildirilib. İngiltərəli yarımmüdafiəçinin əsas səbəbi daha çox oyun praktikası istəyi olub.

29 yaşlı futbolçu 2024/25 mövsümündə cəmi bir matçda meydana çıxıb. Dele Alli karyerasının ən parlaq dövrünü “Tottenhem”də yaşamışdı.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43