“Milan”ın yarımmüdafiəçisi İsmael Bennaser “Trabzonspor”un maraq dairəsinə düşüb.
İdmanxeber.az xəbər verir ki, 27 yaşlı əlcəzairli oyunçu ilə bağlı danışıqlar aparılır. Türkiyədə transfer pəncərəsinin açıq olması keçidin reallaşma ehtimalını artırır.
Bennaser 2019-cu ildən “Milan”da çıxış edir, ötən mövsümün ikinci yarısını isə icarə əsasında “Marsel”də keçirib. Onun müqaviləsi 2027-ci ilə qədərdir, bazar dəyəri isə 15 milyon avro göstərilir.

