24 İyun 2026
Ölkə futbolu

Ölkədə futbolun coğrafiyası genişlənir – AFFA belə bir addım atır

AFFA uzun müddətdir müzakirə olunan Azərbaycan III Liqasının yaradılması ilə bağlı məsələni yenidən gündəminə alıb.

Federasiya artıq bir neçə ildir ki, aşağı liqaların inkişafı ilə bağlı müxtəlif layihələr üzərində işləyir. Məqsəd daha çox komandaya rəsmi turnirlərdə iştirak imkanı yaratmaq, bölgələrdə futbolun inkişafına təkan verməkdir.

Cari mövsümdə sözügedən liqanın startı mümkün olmasa da, çempionatın növbəti “futbol ili”ndə həyata keçirilməsi üzərində çalışılır.

Federasiyanın yaxın aylarda bu məsələ ilə bağlı ciddi addımlar atacağı gözlənilir.

İdmanxeber.az 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43