22 İyul 2026
Dünya futbolu

UEFA İsrailə cəza vermək niyyətində deyil

UEFA İsrail milli komandalarını və klublarını beynəlxalq yarışlardan kənarlaşdırmaq fikrində deyil.

İdmanxeber.az “İsrael Hayom” nəşrinə istinadən xəbər verir ki, ali qurumun mövqeyi İsrail və beynəlxalq diplomatlar, idman rəsmiləri və ABŞ nümayəndələrinin səyləri ilə dəstəklənib.

Sentyabrın 23-də Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi FİFA və UEFA-nı İsrail milli komandasına qadağa qoymağa çağırıb. Lakin bu qurumun formal olaraq futbolla bağlılığı yoxdur.

2025-ci ilin martında İsrail qüvvələri Qəzza zolağında hərbi əməliyyatları bərpa edib və  yanvarda yaradılmış atəşkəs rejiminə son qoyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43