18 İyun 2026
Dünya futbolu

“Yuventus”un hücumçusu Premyer Liqa yolunda

“Yuventus”un hücumçusu Duşan Vlahoviç qışda klubunu tərk edə bilər.

İdmanxeber.az istinadən xəbər verir ki, Turin təmsilçisi 25 yaşlı serb forvardı yayda azad agent kimi itirməmək üçün satışa çıxarmağa hazırdır. Onunla “Çelsi” və “Mançester Yunayted” maraqlanır.

Vlahoviçin müqaviləsi mövsümün sonunda başa çatır. O, A Seriyasında 4 oyunda 2 qol vurub. Qeyd edək ki, “Çelsi” Çempionlar Liqasında “Qarabağ”ın rəqibidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43