26 İyun 2026
Ölkə futbolu

”Qarabağ”dan daha bir tarixi qələbə – YENİLƏNİB

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib

İdmanxeber.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 2-ci turda Bakıda Danimarkanın “Kopenhagen” klubu ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda təmsilçimiz danimarkalıları da məyus edə bilib – 2:0. Bununla da, Ağdam klubu xal hesabını 6-ya çatdırıb.

1 oktyabr

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, 2-ci tur

20:45. “Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka) 2:0
Hakimlər:
 Serdar Gözübüyük, Ervin Zeynstra, Patrik İnya (Niderland)

Bakı.Tofiq Bəhramov adına Respublika stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43