Türkiyə millisinin qapıçısı Uğurcan Çakır DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstanla matçda iştirak etməyəcək.
İdmanxeber.az xəbər verir ki, 29 yaşlı qolkiper komandasının son məşqində iştirak etməyib. Türkiyə Futbol Federasiyası bu barədə rəsmi açıqlama yayıb, lakin Uğurcanın məşqə qatılmamasının səbəbi açıqlanmayıb.
Türkiyə millisinin növbəti matçları oktyabrın 11-də Bolqarıstan, oktyabrın 14-də isə Gürcüstanla keçiriləcək.

