19 İyun 2026
Ölkə futbolu

Azərbaycan – İslandiya oyununun hakimləri açıqlandı

Azərbaycan millisinin noyabrın 13-də İslandiya yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, 8-ci km qəsəbə stadionunda təşkil olunacaq görüşü Monteneqro və Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim monteneqrolu Nikola Dabanoviç olacaq. Ona yan xətt hakimləri kimi Vladan Todoroviç və Srcan Yovanoviç kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Miloş Boşkoviç yerinə yetirəcək.

VAR isə serbiyalı Momçilo Markoviçlə Aleksandar Jivkoviç-ə həvalə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43