19 İyun 2026
Ölkə futbolu

“Neftçi”dən ayrılan bu şəxs “İmişli” rəhbərliyindən təklif aldı

Premyer Liqa klubunda yaxın günlərdə yeni təyinat gerçəkləşəcək. Söhbət “İmişli” komandasından gedir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi bir dönəm “Neftçi”də çalışmış Qədir Həsənova klubda vəzifə verəcək. “İmişli”nin prezidenti Kamran Eyyubov Həsənovla birgə çalışmaq istəyir.

Tərəflərin artıq razılığa gəlməyə yaxın olduğu bildirilir.

Xatırladaq ki, Q.Həsənov “Neftçi”də müxtəlif vəzifələrdə çalışıb. O, son olaraq klubda baş menecer kimi fəaliyyət göstərib.

Futbol funksionerinin “İmişli”də də bu vəzifədə çalışacağı bildirilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43