20 İyun 2026
Dünya futbolu

Premyer Liqa klubundan “Real”a 80 milyon

“Real”da əsas heyətdə yerini itirən Rodriqo İngiltərə Premyer Liqasına yollana bilər.

İdmanxeber.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, “Tottenhem” braziliyalı vingeri transfer etmək niyyətindədir. London klubu onun üçün “Real”a 80 milyon avro təklif etməyə hazırdır. Keçidin gələn yay gerçəkləşəcəyi gözlənilir.

Qeyd edək ki, “Real” Rodriqonu 2019-cu ildə “Santos”dan 45 milyon avroya alıb. O, bu mövsüm 16 oyunda 3 qol ötürməsi ilə yadda qalıb. Müqaviləsi 2028-ci ilə qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43