“Qarabağ” klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) yeni açıqladığı dünya reytinqində mövqeyini daha da yaxşılaşdırıb.
İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan çempionu 192,25 xal toplayaraq 82-ci yerdən 65-ci pilləyə yüksəlib.
Digər yerli komandalar arasında “Sabah” 296-cı sıradan 276-cı yerə, “Zirə” 407-dən 387-yə, “Araz-Naxçıvan” isə 391-dən 390-cı pilləyə irəliləyib.
Ümumilikdə 502 klubun yer aldığı siyahıya 567 xalla Fransa nəhəngi PSJ başçılıq edir.

