“Roma” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Zeki Çelik karyerasını başqa A Seriya klubunda davam etdirə bilər.
İdmanxeber.az xəbər verir ki, “Yuventus” türkiyəli müdafiəçini azad agent kimi heyətinə qatmaq istəyir. Turin klubu yaxın günlərdə futbolçu ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, 28 yaşlı Zeki Çelik 2022-ci ildə “Lill”dən “Roma”ya keçib və bu mövsüm 14 oyunda 1 qol, 1 assistlə yadda qalıb.

